EN

İsrail ordusu Livan sakinlərinə təcili xəbərdarlıq edib

İsrail ordusu bu gün Livanın cənubunda yerləşən 11 şəhər və kəndin sakinlərinə təcili xəbərdarlıq edərək evlərini tərk etməyə çağırıb.

Reuters-in məlumatına görə, sakinlərə evlərindən ən azı 1000 metr uzaqda açıq ərazilərə keçməyə çağırıb.

Ordunun yaydığı məlumatda bildirib ki, atəşkəs razılaşmasını pozan “Hizbullah”a qarşı əməliyyatlar həyata keçirirlər. Bu əməliyyatlarla bağlı mülki şəxslər əvvəlcədən xəbərdar edilib.

Hazırda İsrail Livanın cənubuna zərbələr endirir və ölkənin bir hissəsində müəyyən ərazilərə nəzarət edir. Hərbi qüvvələr bu ərazilərin “Hizbullah” tərəfindən istifadə edildiyini iddia edir.

İran tərəfindən dəstəkləndiyi bildirilən bu qruplaşma isə İsrail hərbçilərinə qarşı pilotsuz uçuş aparatları və raket hücumlarını davam etdirir.

Chosen
26
50
apa.az

10Sources