EN

"Bakı Marafonu 2026" başladı

Bu gün Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan "Bakı Marafonu 2026" start götürüb.

Fanat.Az xəbər verir ki, ənənəvi marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə təmsilçiləri yarışacaq.

Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edir. Marafona səhər saat 10 radələrində start verilib.

Sayca doqquzuncu dəfə keçirilən "Bakı Marafonu" ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürür və iştirakçılar müəyyən edilmiş marşrut üzrə "Sea Breeze" ərazisində finiş xəttinə çatacaqlar.

Chosen
4
fanat.az

1Sources