EN

Bəşəriyyət xərçəngə qalib gələ biləcəkmi?

"Xərçəng xəstəliyinə tam şəkildə qalib gəlmək ehtimalı azdır. Lakin xərçəngdən ölüm hallarının azalması mümkündür".

Publika.az xəbər verir ki, bu fikri "Onkoloqika" Xeyriyyə Fondunun eksperti və məşhur onkoloq Anton Saad bildirib.

Onun sözlərinə görə, xərçəng xəstəliyinin əksər formaları gələcəkdə xroniki, idarəolunan bir vəziyyətə çevrilə bilər. Bundan əlavə, peyvəndlər və müasir dərmanların daha da inkişafı sayəsində xərçəngdən ölüm hallarının azalacağı proqnozlaşdırılır.

"Əgər bütün xərçəng növlərinin tamamilə aradan qaldırılmasından, yəni sağalmasından danışırıqsa, bu, yaxın gələcəkdə mümkün deyil. Xərçəng tək bir xəstəlik deyil, yüzlərlə genetik cəhətdən ortaya çıxa bilən, müxtəlif istiqamətdə inkişaf edən ağır xəstəlik növüdür", - deyə o bildirib.

Mütəxəssis fikrini belə izah edib ki, söhbət tək bir xəstəlikdən getsəydi bəlkə də bu mümkün olardı. Amma bu, yüzlərlə müxtəlif istiqaməti olan xəstəlik sayılır. Ona görə də müasir texnologiyaların inkişafı ilə belə onların tamamilə yox olması qeyri-real görünür.

Chosen
3
17
publika.az

10Sources