May ayının 1-də Füzuli rayonu Qayıdış qəsəbəsi 8 nömrəli məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş Qayıdış qəsəbə məktəblərarası minifutbol turniri keçirilib. "Rekord.az" xəbər verir ki, turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Yarışda 8 komanda iştirak edib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarış boyunca komandalar yüksək əzmkarlıq, komanda ruhu və qələbə əzmi nümayiş etdiriblər.


Qayıdış qəsəbəsi 6 nömrəli tam orta məktəb turnirin qalibi olub. 7 nömrəli tam orta məktəb ikinci, 8 nömrəli tam orta məktəb isə üçüncü yerə layiq görülub. 


8 n-li məktəbin direktoru Nərgiz Familzadənin təşkilatçılığı ilə baş tutan yarışda qalib komandalar medal, kubok və fəxri fərmanlarla təltif olunublar.