EN

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

İsrailin Ynet nəşrinin məlumatına görə, İranın ABŞ-a müharibəyə son qoymaq üçün göndərdiyi təklifin yeni təfərrüatları Tehranın əvvəlki mövqelərində israrlı olduğunu göstərir.

Bizim.Media xəbər verir ki, məlumata əsasən, İran bu plan çərçivəsində ABŞ hərbi qüvvələrinin regiondan tamamilə çıxarılmasını, İran limanlarına tətbiq edilən dəniz blokadasının aradan qaldırılmasını, dondurulmuş aktivlərin azad edilməsini və kompensasiyanın ödənilməsini tələb edib.

Bundan əlavə, Tehran Hörmüz boğazına nəzarət üçün yeni mexanizmin yaradılmasını da irəli sürüb.
 

Təklifdə Livan da daxil olmaqla bütün cəbhələrdə münaqişələrin dayandırılması məsələsi də xüsusi vurğulanıb.


Ynet yazır ki, İran ABŞ-ın iki aylıq planına qarşı olaraq, mübahisələrin həlli və müharibənin dayandırılması üçün 30 günlük müddət müəyyən edib. (Independent Persian)

Bizim.Media

Chosen
22
bizim.media

1Sources