Nanənin ətiri və həzm sistemini rahatlaşdıran təsiri aclıq hissini azalda bilər.
Musavat.com xəbər verir ki, qidalanma mütəxəssislərinə görə, nanənin “sehrli” təsiri onun tərkibindəki mentol maddəsi ilə bağlıdır.
Mentol ağızda yaratdığı sərin və təravətli hiss vasitəsilə beyinə “yemək bitdi” siqnalı göndərərək yemək istəyini azaldır. Diyetoloqlar xüsusilə bir fincan nanə çayının bu təsiri gücləndirdiyini vurğulayırlar.
Elmi araşdırmalar nanənin xüsusilə həzm sistemi üzərində sakitləşdirici təsirini təsdiqləyir. Nanə yeməkdən sonra yaranan köp və narahatlığı azaldır.
Mütəxəssislər həmçinin bildirirlər ki, təzə nanə çeynəmək yalnız ağız sağlamlığı üçün deyil, metabolizmanın aktivləşməsi üçün də faydalıdır.
Yay aylarında həm yüngül, həm də enerjili hiss etmək istəyənlər üçün nanə ideal seçimdir. O, orqanizmin detoks prosesinə dəstək verə, eyni zamanda isti havalarda yaranan iştaha dəyişikliklərini tarazlaya bilər.
Musavat.com