EN

Ter-Petrosyandan Ermənistanla bağlı xəbərdarlıq: Qorxuram!

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan iyun ayında keçiriləcək parlament seçkilərindən sonra ölkədə baş verə biləcək hadisələrin taleyüklü ola biləcəyindən qorxduğunu bildirib.

Publika.az xəbər verir ki, Ter-Petrosyan “iLur.am” onlayn nəşrinə verdiyi müsahibədə seçkiqabağı dövrdə siyasi qüvvələr arasında gedən qızğın müzakirələrə münasibəti ilə bağlı sualı cavablandırıb.

“Mən bu "polemik" tamaşa ilə qətiyyən maraqlanmıram. Məni daha çox seçkidən sonrakı dövrdə baş verəcək hadisələr narahat edir, bu hadisələr ölkəmiz üçün taleyüklü ola bilər", - Ter-Petrosyan bildirib.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Chosen
27
publika.az

1Sources