EN

KİV: ABŞ Kubaya qarşı hərbi əməliyyat variantını nəzərdən keçirir

Ağ Ev Kubada hakimiyyət dəyişikliyi üçün hərbi əməliyyat ehtimalını nəzərdən keçirir, lakin hələlik diplomatik vasitələrə üstünlük verir.

Bu barədə “Politico” məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton Havananı iqtisadi islahatlara sövq etməyə çalışır.

Bu islahatlara dövlət müəssisələrinin özəlləşdirilməsi, xarici investisiyaların artırılması və internetə çıxışın genişləndirilməsi daxildir.

ABŞ həmçinin Kubadan enerji məhsulları almağı tələb edir və bəzi rəsmilərin istefasını istəyir.

MənbəAPA
Chosen
24
2
banker.az

10Sources