İsrail Knesseti ötən ay təsdiqlənmiş 2026-cı il milli büdcəsində təbliğat fəaliyyətləri üçün təxminən 730 milyon dollar ayırıb.
"Ölkə.az" xəbər verir ki, “The Jerusalem Post” qəzetində dərc olunan xəbərə görə, İsrail Knesseti ötən ay 2026-cı il üçün milli büdcəni təsdiqləyib və təbliğat fəaliyyətləri üçün təxminən 730 milyon dollar ayırıblar. Bu, əvvəlki ildəki xərclərdən dörd dəfə çoxdur.
İsrail hökuməti rəqəmsal platformalarda reklam fəaliyyətlərinin artırılması, beynəlxalq nümayəndə heyətlərinin qəbulu və media məzmununu izləmək üçün yeni qurumlar yaradır.
"Təbliğat büdcəsinin artırılması beynəlxalq ictimaiyyətin İsrailə dəstəyinin azaldığı bir vaxta təsadüf edir" - məlumatda qeyd olunur.
Ekspertlər hesab edir ki, təbliğat fəaliyyətlərinə ayrılan vəsaitin artması Qəzzadakı müharibənin İsrail üçün yaratdığı mənfi imici aradan qaldırmağa kifayət etməyəcək.