ABŞ xaricdəki qoşunlarını Almaniyadakı 5 min nəfərdən daha çox azaltmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Florida ştatının Vest Palm Biç şəhərində jurnalistlərlə söhbətində açıqlayıb:
"Biz əhəmiyyətli dərəcədə azaltmaq niyyətindəyik. Və 5000-dən çox azaldırıq".
O, jurnalistlərin istəyi ilə Pentaqonun Almaniyadan 5000 Amerika əsgərinin çıxarılması ilə bağlı açıqlamasını şərh edirdi.
Musavat.com