EN

İranın ABŞ-yə ötürdüyü 14 bəndlik təklifin bəzi detalları məlum olub

İranın hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Pakistan vasitəsilə ABŞ-yə təqdim etdiyi 14 bəndlik təklifin bəzi detalları məlum olub.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, ABŞ tərəfinin doqquz maddəlik təklifində iki aylıq atəşkəs tələbi yer alıb. Rəsmi Tehran isə buna cavab olaraq bildirib ki, məsələlər 30 gün ərzində həll olunmalı və diqqət atəşkəsin uzadılmasına deyil, “müharibənin başa çatmasına” yönəldilməlidir.

İranın təqdim etdiyi 14 bəndlik planında hərbi təcavüzün dayandırılması ilə bağlı zəmanət, ABŞ qüvvələrinin İran ətrafındakı bölgələrdən çıxarılması, dəniz blokadasının ləğvi, İranın dondurulmuş aktivlərinin açılması, təzminat ödənilməsi, sanksiyaların aradan qaldırılması və bütün cəbhələrdə – o cümlədən Livanda – müharibənin başa çatdırılması kimi məsələlər yer alıb. Bundan əlavə, Hörmüz boğazı ilə bağlı yeni mexanizmin yaradılması da təkliflər sırasındadır.

Agentlik vurğulayır ki, Tehran hazırda ABŞ-dən bu təkliflərə rəsmi cavab gözləyir.

Bundan əvvəl İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, yeni plan Pakistan vasitəsilə Vaşinqtona təqdim olunub. ABŞ Prezidenti Donald Tramp isə “Truth Social” hesabında paylaşım edərək İranın cavabını qəbul etməyin çətin olacağını qeyd edib.

Chosen
22
9
apa.az

10Sources