EN

“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub

BAKI, 3 may. TELEQRAF

Moskvadakı “Krokus Siti Holl” konsert zalında törədilən terror aktının icraçıları hücum zamanı təşkilatçılarla daimi əlaqədə olub və onların göstərişləri ilə hərəkət ediblər.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a məhkəmə prosesinin iştirakçılarından biri məlumat verib.

Bildirilib ki, hücumda iştirak edən şəxslər mobil telefonlar vasitəsilə törətdikləri cinayətləri video qeydə alaraq təşkilatçılara göndəriblər. Onlar hücum zamanı və sonrasında görülən işlər barədə hesabat xarakterli görüntüləri onlayn şəkildə ötürüblər.

Məlumata görə, silahlılar bütün hərəkətlərini xaricdə olan kuratorların göstərişləri əsasında həyata keçiriblər. Hücumdan sonra isə onlar koordinasiya edən şəxsə əməliyyatın başa çatdığı barədə məlumat veriblər.

Eyni zamanda iş materiallarında qeyd olunur ki, hücumun sifarişçisi kimi Ukrayna xüsusi xidmət orqanları göstərilir. İddialara görə, terror aktının icraçılarına əməliyyatdan sonra Ukraynaya keçmək və mükafat almaq vəd edilib.

Chosen
63
teleqraf.com

1Sources