EN

Suriyanın cənubunda silahlı qruplara zərbələr endirildi

BAKI, 3 may. TELEQRAF

Suriyanın cənubunda yerləşən Əs-Suveyda vilayətində silahlı qruplaşmalara məxsus obyektlərə aviazərbələr endirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Ekhbariya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, zərbələrin İordaniya Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal olunur. Hücumlar nəticəsində Şahba yaşayış məntəqəsində yerləşən silah və narkotik anbarı hədəfə alınıb.

Əməliyyatla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Chosen
114
teleqraf.com

1Sources