EN

Bakıda barda qanlı olay: içəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı

Bakıda sərxoş kişi barın mühafizəçisini bıçaqlayıb.

Doğru.az xəbər verir ki, hadisə Səbail rayonu, İçərişəhərin Böyük Qala küçəsində yerləşən barlardan birində qeydə alınıb.

İttiham aktındakı yekun protokola əsasən, 1990-cı il təvəllüdlü Osman Quliyev (ad və soyad şərtidir) sərxoş halda həmin barın qarşısına gələrək içəri girmək istəyib. Lakin orada mühafizəçi işləyən zərərçəkmiş şəxs Osmana sərxoş olduğunu və obyektə yalnız ailəli şəxslərin buraxıldığını bildirib. Mühafizəçinin sözlərindən qəzəblənən O.Quliyev İçərişəhərdə yaşadığı evə gedərək iki ədəd mətbəx bıçağı götürüb. O, yenidən mühafizəçinin yanına qayıdıb və yaranmış mübahisə zamanı onun kürək nahiyəsinə bıçaqla zərbə endirərək xəsarət yetirib.

Faktla bağlı Osman Quliyev saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını qeyd edib. Zərərçəkmiş şəxs də öz növbəsində Osmana qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Osman Quliyev yekun olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. (lent.az)

DOĞRU.AZ

Chosen
28
7
dogru.az

10Sources