EN

Fransa sülhə ümid edir

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Fransa diplomatik təşəbbüslərin davam etdirilməsi fonunda ABŞ və İran arasında sülhün əldə olunacağına ümid edir.

"Ölkə.az" xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında vurğulayıb.

"Fransanın xarici işlər naziri ölkəsinin diplomatik təşəbbüslərin davam etdirilməsinin dəstəklənməsi mövqeyini vurğulayaraq dialoqun davam etməsi sayəsində regionda davamlı sülh və təhlükəsizliyə nail olunacağına ümid etdiyini bildirib", - A. Əraqçinin "Telegram" kanalında paylaşılan məlumatda qeyd olunub.

Regional və beynəlxalq hadisələrin müzakirə edildiyi söhbət zamanı Əraqçi fransalı həmkarını ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin dayandırılması ilə bağlı İslam Respublikasının mövqe və təşəbbüsləri barədə məlumatlandırıb.(Report)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
7
olke.az

6Sources