EN

İsrail təbliğat büdcəsini dörd dəfə artırdı

İsrail parlamenti 2026-cı il üçün təsdiqlənmiş dövlət büdcəsində təbliğat fəaliyyətlərinə ayrılan vəsaiti kəskin şəkildə artırıb.Metbuat.az xəbər verir ki, "The Jerusalem Post" qəzetinin yaydığı məlumata görə, büdcədə “hasbara” adlandırılan təbliğat istiqamətinə təxminən 730 milyon dollar ayrılması qərara alınıb. Bu göstərici əvvəlki illə müqayisədə diqqətçəkən artım deməkdir. Məlumata əsasən, ayrılan vəsait 2025-ci ildə bu sahəyə yönəldilmiş 150 milyon dollarla müqayisədə dörd dəfədən çox artıb. Həmçinin qeyd olunur ki, bu məbləğ 2023-cü ildə Qəzza zolağında hərbi əməliyyatlar başlamazdan əvvəlki təbliğat xərclərindən təxminən 20 dəfə çoxdur.

Yeni büdcə çərçivəsində sosial media kampaniyalarının genişləndirilməsi, xarici nümayəndə heyətlərinin İsrailə dəvət olunması və media fəaliyyətlərinin artırılması planlaşdırılır. Bununla yanaşı, rəqəmsal platformalarda reklamların gücləndirilməsi, beynəlxalq delegasiyaların qəbulu və media məzmunlarının izlənməsi üçün xüsusi qurumların yaradılması nəzərdə tutulur.

Chosen
43
metbuat.az

1Sources