EN

İngiltərə və İtaliya nəhəngləri onu sıralarına qatmaq istəyirlər

 “Borussiya Dortmund” klubunun sol müdafiəçisi Daniel Svensson klubunu dəyişə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Liverpul” və “İnter” 24 yaşlı futbolçuya ən ciddi maraq göstərən komandalar sırasındadır.

Onun xidmətində “Arsenal”, “Lids Yunayted”, “Milan” və “Atalanta” klubları da maraqlıdır.

Dortmund təmsilçisi isveçli futbolçunu komandada saxlamaq istəyir, lakin 40–45 milyon avro aralığında təkliflərə baxmağa hazırdır. Bildirilir ki, 24 yaşlı müdafiəçi karyerasını İngiltərə çempionatında davam etdirmək niyyətindədir.

Svensson cari mövsümdə bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalına əsasən futbolçunun bazar dəyəri 22 milyon avrodur.

Chosen
26
90deqiqe.az

1Sources