EN

Almaniya potensial müharibə üçün infrastruktur hazırlayır

Almaniya mülki infrastrukturu hərbi məqsədlər üçün yenidən qurur.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Baltik dənizi sahilindəki Bremerhavendə Avropanın ən böyük avtomobil limanı 1,35 milyard avro məbləğində modernləşdirmədən keçəcək. Bu layihənin məqsədi yükləmə platformalarını gücləndirməkdir ki, "Leopard" tankları kimi hərbi texnikanı gələcək cəbhə xəttlərinə daşımaq mümkün olsun.

2026-cı ildə həyata keçirilməsi planlaşdırılan bu layihə Almaniyanın potensial müharibəyə hazırlığı üzrə daha genişmiqyaslı təşəbbüsün bir hissəsidir. Hərbi münaqişə baş verəcəyi halda, ölkənin coğrafi mövqeyi və resursları qoşunların ləvazimatla təchiz edilməsi üçün ona strateji cəhətdən mühüm mövqe təmin edəcək.

"Almaniya hökumətinin planlarına baxmayaraq, ordunun layihənin icrasını müstəqil şəkildə təmin etmək üçün vəsaiti çatmır, buna görə də hakimiyyət orqanları özəl sektordan dəstək axtarır. Lakin Bundesver NATO müttəfiqinə hücum olacağı halda, sürətli kütləvi səfərbərlik üçün tələb olunan miqyasda dövlət-özəl tərəfdaşlığına hazır deyil", - agentlik qeyd edir.

Daha əvvəl məlum olub ki, İranla müharibəyə dair Avropa ölkələri ilə fikir ayrılıqları fonunda ABŞ Almaniya ərazisindən 5 min hərbi qulluqçusunu çıxarmağa başlayıb. Bununla belə, Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ölkədəki Amerika qoşunlarının sayının azaldılması Avropanın daha da gücləndirilməsinə stimul olmalıdır.

"Cebheinfo.az"

Chosen
42
11
cebheinfo.az

10Sources