EN

"Politico": ABŞ Kubada hərbi əməliyyat ehtimalını araşdırır

Ağ Ev Kubada mövcud hökuməti devirmək üçün hərbi əməliyyat planını nəzərdən keçirir.

Azreform.info xəbər verir ki, bu barədə "Politico" ABŞ administrasiyası daxilindəki öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Vaşinqton Havananı dövlət müəssisələrinin özəlləşdirilməsi, xarici investisiyaların rolunun artırılması və ölkə vətəndaşları arasında internetə çıxışın genişləndirilməsi daxil olmaqla iqtisadi islahatlar həyata keçirməyə təşviq etməyə çalışır. ABŞ-nin digər tələbi Kubanın Amerika enerji təchizatını almasıdır.

"ABŞ Kuba tərəfinə hakimiyyətin tamamilə dəyişməsini gözləyə biləcəklərini, lakin müəyyən vəzifəli şəxslərin dərhal istefa verməsinin vacibliyini çatdırıb" - deyə, məqalədə qeyd olunur.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha öncə bəyan edib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamaq niyyətindədir. Martın 13- də Kuba Prezidenti Miguel Dias-Kanel Havana və Vaşinqton arasında fikir ayrılıqlarına dialoq yolu ilə həll yolu tapmaq məqsədilə danışıqlar aparıldığını elan edib.

Chosen
47
15
azreform.info

10Sources