Yaponiyanın Osaka şəhərində baş verən zəlzələdən sonra metro qatarlarının hərəkəti pozulub.
Bizim.Media xəbər verir ki, bu barədə şəhərin "Osaka Metro" operator şirkəti məlumat yayıb.
"Zəlzələ ilə əlaqədar Midosuçi xətti üzrə qatarların hərəkət cədvəli pozulub", - məlumatda deyilir.
Mayın 2-də Yaponiyanın Nara prefekturasında 5,7 bal gücündə zəlzələ baş verib və bu, qonşu meqapolis Osakada da hiss olunub.
Şəhərdə əvvəlcə zəif yırğalanma, daha sonra isə bir neçə kəskin şaquli təkan hiss edilib. Bundan sonra seysmik aktivlik dayanıb.
Prefektura administrasiyasındakı mənbənin verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.
Bizim.Media