EN

"1-ci liqadan gəlib belə çıxış etmək ciddi göstəricidir" - Jorj Kaşkilya

style='margin-bottom:10px;'>

"İmişli"in baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 30-cu turunda "Araz-Naxçıvan"a qalib gəldikləri matç (1:0) haqda danışıb.

QOL.az xəbər verir ki, baş məşqçi qazanılan vacib qələbə münasibətilə futbolçularını və azarkeşləri təbrik edib:

"Əvvəla, oyunçularımı təbrik etmək istəyirəm. Bu təbrik yalnız bugünkü oyunla deyil, bütün çempionat boyu göstərdikləri performansla bağlıdır. Bu qarşılaşmanın əhəmiyyəti ondan ibarət idi ki, məqsədlərimizə bir addım daha yaxınlaşa bildik. Bugünkü qələbə ilə 99 faiz Premyer Liqada yerimizi təmin etmiş sayılırıq.

Bir daha həm komandanı, həm oyunçuları, həm də bütün texniki heyəti təbrik edirəm. Çünki birinci liqadan yüksələn komanda olmağımıza baxmayaraq artıq 35 xal toplamışıq. “Sumqayıt”la oyundan sonra hesabımıza yazılmayan -3 xal olsa da, biz həmin xalları özümüz üçün həmişə nəzərə alırıq. Birinci liqadan gəlib bu qədər xal toplamaq ciddi göstəricidir. Üstəlik, səfər oyunlarının yeddisində qələbə qazanmışıq ki, bu da “İmişli” üçün tarixi nailiyyətdir. Bu uğura görə klubu təbrik edirəm".

Baş məşqçi qələbənin tam ədalətli və layiqli olduğunu qeyd edərək  oyuna nəzarəti əldə saxladıqlarını bildirib:

"Oyuna gəldikdə isə, fikrimcə, qələbəmiz tam ədalətli oldu. Birinci hissədə yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə isə küləyin bizim əleyhimizə olacağını bilirdik və “Araz-Naxçıvan”ın uzun ötürmələrlə təhlükə yaradacağını gözləyirdik. Buna baxmayaraq oyuna nəzarəti əldən vermədik və rəqibin hücumlarını effektiv şəkildə neytrallaşdırdıq. Əks-hücumlarda fərqi artırmaq imkanlarımız da oldu, bir neçə epizodda ikinci qolu vura bilərdik və hesab 2:0 ola bilərdi. Lakin ümumi nəticədən razıyıq”.

Mütəxəssis elitada qalmağı böyük ölçüdə təmin etdikdən sonra növbəti matçlarda komandanı motivasiya etməyin daha asan olacağını vurğulayıb:

"Artıq komandanı motivasiya etmək asan olacaq. İndiyədək ən çətini üzərimizdəki təzyiq altında oynamaq idi. "Qəbələ"nin sabahkı oyununun nəticəsindən sonra komandadakı əhval-ruhiyyə daha da yaxşı ola bilər".

Chosen
24
3
teleqraf.com

4Sources