“Araz-Naxçıvan”ın baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 30-cu turunun “İmişli” ilə oyunundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:


“Futbolçularımı təbrik edirəm. Oyunun vacibliyini bilirdik. Qələbə bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Demək olar, 99 faiz liqadakı yerimizi təmin etmişik. Yenidən komandamı təbrik edirəm. Debütant olmağımıza baxmayaraq, yaxşı xallar qazandıq. Bu, klub üçün tarixdir. Ümid edirəm ki, fanatlar da nəticədən razıdır. Oyuna gəlincə, rəqibin ikinci hissədə yüksək pressinq tətbiq edəcəyini bilirdik. Əks-hücumlardan fərqlənmək üçün şanslarımız var idi. Oyunçuları motivasiya etmək asan olacaq. Futbolçuların üzərində təzyiq olanda bu iş daha çətindir. Onlar artıq qarşıdakı matçlara yaxşı oyun üçün çıxacaqlar. Məqsəd hər oyunda xal qazanmaq, qalib gəlməkdir”.