Dieqo Simeone məşqçi karyerasında 1000-ci oyununu keçirib.
Sportal.az xəbər verir ki, bu gün "Atletiko" argentinalı mütəxəssisin rəhbərliyi altında "Valensiya" komandasını La Liqanın 34-cü turunda 2:0 hesabı ilə məğlub edib.
Bu, Simeonenin Madrid klubunun baş məşqçisi kimi 793-cü oyunu olub. O, həmçinin "Rasinq" ilə 34, "Estudiantes" ilə 60, "River Pleyt" ilə 45, "San Lorenzo" ilə 50 və "Kataniya" ilə 18 oyun keçirib.
Məşqçi kimi Dieqo 563 qələbə qazanıb, 225 dəfə heç-heçə edib və 212 məğlubiyyət alıb. O, ümumilikdə 10 titul qazanıb.
saytlarin hazirlanmasi