EN

Qlobal Sumud Donanması: Biz kiberhücuma məruz qaldıq

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qəzzaya humanitar yardım aparmaq məqsədilə yola çıxan Qlobal Sumud Donanması rəsmi sosial media hesabına kiberhücum edildiyini açıqlayıb və bu müddətdə paylaşılan uyğun olmayan məzmunla bağlı üzr istəyib.

Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən X platformasında fəaliyyət göstərən Global Sumud Fleet hesabından verilən məlumata görə, hücum nəticəsində Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan əsassız və kontekstdən kənar paylaşımlar edilib.

Açıqlamada bildirilib: “Yaranmış narahatlığa görə Türkiyə xalqından və Prezident Rəcəb Tayyib Ərdoğandan üzr istəyirik. Donanmaya göstərilən davamlı dəstəyə, iştirakçıların qarşılanmasına, beynəlxalq sularda baş verən qanunsuz hücumların pislənməsinə və fələstinlilər üçün hüquqi müstəvidə ədalət axtarışına görə təşəkkür edirik.”

Bəyanatda həmçinin qeyd olunub ki, kibertəhlükəsizlik tədbirləri gücləndirilib, insidentlə bağlı geniş araşdırma başladılıb və oxşar halların qarşısını almaq üçün əlavə addımlar atılıb.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
icma.az

2Sources