İsveçin Botkırka bələdiyyəsinin Hallunda kitabxanasının 40 illik yubileyi münasibətilə Beynəlxalq poeziya axşamı keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan şairlər və poeziyasevərlər öz ölkələrini, milli poeziyalarını və mədəniyyətlərini təqdim ediblər. Azərbaycanı Stokholmda yaşayan həmvətənimiz, yazıçı və şair Eluca Atalı təmsil edib. O, şeirlərini Azərbaycan və İsveç dillərində səsləndirməklə yanaşı, ölkəmizin zəngin klassik və müasir poeziyasını, həmçinin dilimizin ifadə imkanlarını nümayiş etdirib.
Poeziya axşamında Eluca Atalı səhnəni Özbəkistan, Portuqaliya, Finlandiya, İsveç, Keniya, Polşa və İngiltərədən olan şair və poeziyasevərlərlə bölüşüb.