EN

“Futbolu daha ac futbolçular oynamalıdır”

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"İlk olaraq onu deyim ki, "İmişli" bizdən daha çox istəkli idi. Futbolu daha "ac" futbolçular oynamalıdır. İstəksiz futbol oynamırlar, futbolçu meydanda istəkli olmalıdır. Biz demirik ki, bu gün üstünlüyümüz var idi. Futbolda belədir, alınmasa da, sona qədər döyüşməlisən. Bu məqam böyük rol oynadı. "İmişli" ona görə də qazandı".

Sport24.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 30-cu turunun "İmişli" ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb. 

- Futbolçularda nəyə görə istək yoxdur?

- Çünki "ac" deyirlər. Futbolu qalib gəlmək istəyən oyunçular oynamalıdır.

- Yeni mövsüm komandada qalsanız, heyətin böyük hissəsini dəyişəcəksiz?

- İndi bu yöndə danışıqlar yoxdur. Bu sual barədə nəsə deyə bilmərəm. Çünki öz taleyimin necə olacağını bilmirəm.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
5
sport24.az

6Sources