EN

İsveçdə Azərbaycan poeziyasından nümunələr səsləndirilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Stokholm, 2 may, АZƏRTAC

İsveçin Botkırka bələdiyyəsinin Hallunda kitabxanasının 40 illik yubileyi münasibətilə Beynəlxalq poeziya axşamı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan şairlər və poeziyasevərlər öz ölkələrini, milli poeziyalarını və mədəniyyətlərini təqdim ediblər. Azərbaycanı Stokholmda yaşayan həmvətənimiz, yazıçı və şair Eluca Atalı təmsil edib. O, şeirlərini Azərbaycan və İsveç dillərində səsləndirməklə yanaşı, ölkəmizin zəngin klassik və müasir poeziyasını, həmçinin dilimizin ifadə imkanlarını nümayiş etdirib.

Poeziya axşamında Eluca Atalı səhnəni Özbəkistan, Portuqaliya, Finlandiya, İsveç, Keniya, Polşa və İngiltərədən olan şair və poeziyasevərlərlə bölüşüb.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
2
azertag.az

3Sources