EN

ABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır

Vaşinqton mövcud hakimiyyəti devirmək üçün Kubada hərbi əməliyyatın keçirilməsi ehtimalını istisna etmir, lakin hələlik diplomatik vasitələrə üstünlük verir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, ABŞ Kuba hakimiyyətindən dövlət müəssisələrinin özəlləşdirilməsi, xarici investisiyaların rolunun artırılması və ölkə vətəndaşları arasında internetə çıxışın genişləndirilməsi, həmçinin Amerika enerji daşıyıcılarının idxalı daxil olmaqla, iqtisadi islahatların həyata keçirilməsini tələb edir.

Nəşrin məlumatına görə, Vaşinqton Havanaya hakimiyyətin tamamilə dəyişməsi üçün vaxt versə də, bəzi rəsmi şəxslərin dərhal istefasını istəyir.

ABŞ Prezidenti Donald Tramp martın 5-də bildirib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kubaya münasibətdə sonrakı fəaliyyət kursunun hazırlanması ilə məşğul olmaq niyyətindədir. Əvvəllər o, dəfələrlə ABŞ-nin təzyiqi altında Venesueladan ada dövlətinə neft tədarükünün dayandırılmasından sonra Kuba hökumətinin və iqtisadiyyatının süqut etməyə yaxın olduğunu iddia edib. Fevralın 27-də Tramp bildirib ki, Birləşmiş Ştatlar Kuba üzərində "dost nəzarəti" qura bilər. /report

Chosen
20
9
bakivaxti.az

10Sources