EN

“Rəqibdən nədəsə üstün olduğumuzu deyə bilmərik”

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının XXX turunun “Araz-Naxçıvan” – “İmişli” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– “İmişli” bizdən daha istəkli idi. Qələbəyə “ac” futbolçular lazımdır, belə istəksiz oynamaq olmaz. Bu gün rəqibdən nədəsə üstün olduğumuzu deyə bilmərik. Alınmırsa, sona qədər döyüşmək lazımdır. “İmişli” daha çox mübarizə apardı və qələbə qazandı.

– Nə üçün futbolçular istəkli deyil?

– Çünki qələbəyə “ac” deyillər. Meydanda qalib gəlmək istəyənlər oynamalıdırlar.

– Komanda qalsanız, heyətin böyük hissəsini dəyişəcəksiniz?

– İndi bu haqda nəsə deyə bilmərəm. Çünki öz taleyimi də bilmirəm.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
futbolpress.az

1Sources