EN

Yaponiyalı boksçu dünya çempionu titulunu qorudu

Yaponiyalı boksçu Naoya İnoue ikinci ən yüngül çəki dərəcəsində (55.22 kq-a qədər) mütləq dünya çempionu titulunu növbəti dəfə qoruyub.

Azreform.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tokioda keçirilən 12 raundluq döyüşdə İnoue həmyerlisi Cunto Nakatanini məğlub edib.

Beləliklə, 33 yaşlı boksçu karyerasında 33-cü qələbəsini qazanıb (27-si nokautla) və hələ də məğlub olmayıb. O, mütləq dünya çempionu titulunu artıq yeddinci dəfə qoruyub.

İnoue daha əvvəl iki müxtəlif çəki dərəcəsində mütləq dünya çempionu olub və bu nailiyyətə dörd əsas versiya (WBC, WBO, IBF, WBA) üzrə çempionluqların mövcud olduğu dövrdə çatan ikinci boksçu (Terens Krouforddan sonra) kimi tarixə düşüb.

Nakatani isə karyerasında ilk məğlubiyyətini alıb. O, bundan əvvəl üç çəki dərəcəsində dünya çempionu olmuşdu.

Chosen
13
3
azreform.info

4Sources