EN

Dubayda yaşayış icazəsi almaq asanlaşdı - Minimum yatırım həddi ləğv edilib - MƏBLƏĞLƏR

Dubay hökuməti bu ölkədə iki illik yaşayış icazəsi almaq üçün tələb olunan minimum daşınmaz əmlak investisiya həddini ləğv edib. 

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dubay Torpaq Departamenti fərdi şəxslərin Dubayda 2 illik yaşayış icazəsi alması üçün məcburi olan 750 000 dirhəm məbləğində yatırım həddini aradan qaldırıb. 

Başqa sözlə, əgər əvvəllər Dubayda yaşayış icazəsi almaq üçün minimum 750 min dirhəm və ya 204 min dollar məbləğində daşınmaz əmlak almaq tələb olunurdusa, indi bu icazə üçün istənilən məbləğdə əmlak almaq kifayət edəcək. 

Bununla da Dubay hakimiyyəti daşınmaz əmlak investorları üçün qısamüddətli yaşayış vizalarının verilməsi qaydalarına dəyişiklik edib. Dubay Torpaq Departamenti elan edib ki, qaydalarda əsas dəyişikliklər bunlardır. 

Şəxsi əmlak alanlar üçün: 750 000 dirhəm (204 000 dollar) minimum əmlak dəyəri tələbi faktiki olaraq ləğv edilib. İndi investorlar əmlakın dəyərindən asılı olmayaraq iki illik viza üçün müraciət edə bilərlər.

Birgə mülkiyyətə sahib olanlar üçün isə şərtlər bir qədər yumşalıb. Belə ki, əgər əmlak bir neçə şəxsə (məsələn, biznes tərəfdaşlarına) məxsusdursa, hər bir ortaq investor əmlakdakı payının dəyəri ən azı 400 000 dirhəm (109 000 dollar) olduqda viza üçün müraciət edə bilər. Əvvəllər viza məqsədləri üçün payların bölünməsi şərtləri daha sərt idi.

Qaydalar Dubayda ipoteka ilə əmlak alanlara və ya tikilməkdə olan komplekslərdən əmlak alanlara da aiddir. Belə ki, ipoteka krediti ilə əmlak alanlar krediti götürdükləri  bankdan bankdan Etiraz Məktubu (EYM) və artıq ödənilmiş ümumi məbləği və qalan qalığı təsdiq edən arayış təqdim etməlidirlər. 

Tikinti mərhələsində olan layihələrdən əmlak alanlar isə layihə dəyərinin ən azı 50%-i ödənildikdə və ya faktiki ödənişlərin məbləği ən azı 375 000 dirhəm (102 000 dollar) olduqda viza üçün müraciət edə bilərlər.

Chosen
53
fed.az

1Sources