EN

Braziliyada güclü yağışlar və daşqınlar nəticəsində ölənlər var

Braziliyanın şimal-şərqində yerləşən Pernambuku ştatında baş verən güclü yağışlar nəticəsində azı dörd nəfər həlak olub, onlarla insan yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı məlumat yayıb.

Məlumata görə, ən ağır vəziyyət ştatın paytaxtı Resifi və ətraf ərazilərdə qeydə alınıb. Güclü yağışlar dağlıq zonalarda torpaq sürüşmələrinə, yaşayış evlərinin uçmasına və magistral yolların su altında qalmasına səbəb olub. Yaralıların dəqiq sayı hələ müəyyənləşdirilir.

Telekanalın məlumatına əsasən, yerli xəstəxanalar gücləndirilmiş rejimdə fəaliyyət göstərir və müxtəlif dərəcəli xəsarət alanlara tibbi yardım göstərilir.

Xilasedicilər həmçinin yüksək riskli ərazilərdən sakinlərin təxliyəsini həyata keçirirlər.

4Sources