Türkiyəli məşhur müğənni Bülent Ərsoy nəhəng bir onlayn alış-veriş platforması ilə apardığı əməkdaşlıqla diqqət çəkib.
Publika.az xəbər verir ki, onun bir reklam kampaniyası üçün 135 milyon TL (təxminən 5 milyon manat) qazandığı bildirilib.
Bu ödəniş sosial mediada geniş müzakirə yaradıb və Türkiyənin reklam tarixində nadir hallarda rast gəlinən bir rekord kimi qiymətləndirilir.