EN

ABŞ-ın bu enerji şirkətləri mənfəətlərinin azaldığını bildiriblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın enerji şirkətləri olan “ExxonMobil” və “Chevron” mənfəətlərinin azaldığını bildiriblər.

Banco.az xəbər verir ki, ABŞ-ın enerji şirkətləri olan “ExxonMobil” və “Chevron”un xalis mənfəəti İranda baş verən müharibə səbəbindən neft qiymətlərində kəskin artım müşahidə olunmasına baxmayaraq, ilin birinci rübündə müvafiq olaraq 46 faiz və 37 faiz azalıb.

“ExxonMobil” və “Chevron” cari ilin yanvar-mart dövrünə dair maliyyə hesabatlarını açıqlayıblar.

Buna əsasən, “ExxonMobil”in birinci rübdə xalis mənfəəti illik müqayisədə 46 faiz azalaraq 4,2 milyard dollara enib. Şirkət 2025-ci ilin eyni dövründə 7,7 milyard dollar mənfəət açıqlamışdı.

Şirkətin ötən ilin birinci rübündə hər səhm üzrə xalis mənfəəti 1,76 dollar olduğu halda, bu ilin eyni dövründə 1 dollara düşüb. “Chevron”un xalis mənfəəti də yanvar-mart dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz azalaraq 2,2 milyard dollara enib.

Şirkət 2025-ci ilin yanvar-mart dövründə 3,5 milyard dollar mənfəət əldə etmişdi.

“Chevron”un ötən ilin birinci rübündə hər səhm üzrə xalis mənfəəti 2 dollar olduğu halda, bu ilin eyni dövründə 1,11 dollara geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
43
banco.az

1Sources