EN

Yaponiya və Vyetnam ticarət həcmini 60 milyard dollara çatdırmağı hədəfləyirlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya və Vyetnam ticarət həcmini 60 milyard dollara çatdırmağı hədəfləyirlər.

Banco.az xəbər verir ki, “Vietnam News”un xəbərinə görə, Vyetnamın Baş naziri Le Min Hunq ilə Yaponiyanın Baş naziri Takaiçi Sanae Vyetnamın paytaxtı Hanoyda bir araya gəliblər.

Görüş çərçivəsində iqtisadi təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi barədə qərar qəbul edən tərəflər ikitərəfli ticarət dövriyyəsinin 2030-cu ilə qədər 60 milyard dollara çatdırılması barədə razılığa gəliblər.

Liderlər danışıqlardan sonra 6 əməkdaşlıq sazişi imzalayıblar. Bununla yanaşı, Yaponiyanın Vyetnama illik investisiyasının 5 milyard dollara çatdırılması, yüksək texnologiya layihələrinə sərmayə qoyulması və vyetnamlı şirkətlərin Yaponiyadakı investisiyalarının dəstəklənməsi məsələlərində də razılıq əldə olunub.

Yaponiyanın “Kyodo” agentliyinin xəbərinə görə isə Baş nazir Takaiçi “azad və açıq Hind-Sakit okean” vizyonu ilə bağlı çıxışında beynəlxalq nizamın və iqtisadi təhlükəsizliyin gücləndirilməsində fəal rol oynamaq öhdəliyini vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
34
banco.az

1Sources