EN

“Oskar”da yeni qaydalar tətbiqOLUNACAQ

Kino Sənətləri və Elmləri Akademiyası 2027-ci ildən etibarən “Oskar” nominasiyalarında süni intellektdən yaradılan tamaşalar və ssenarilərin nəzərə alınmayacağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, yeni qaydalara görə, bir əsər yalnız “insan tərəfindən istehsal olunmuş” hesab edilərsə, mükafat üçün namizəd göstərilə bilər.

Zəruri hallarda prodüserlərdən insan iştirakı barədə əlavə məlumat tələb oluna bilər.

Bu qərar son illərdə süni intellektin kinoda artan roluna dair müzakirələrə son qoymaq məqsədi daşıyır. Keçən il 97-ci “Oskar” Mükafatlarında bəzi filmlərdə süni intellektdən istifadə diqqəti cəlb etmişdi. Məsələn, “The Brutalist” filmində Adrien Brodinin səsi və aksenti texnologiya ilə gücləndirilmişdi, lakin Brodi “Ən yaxşı aktyor” mükafatını qazanmışdı. Yeni qaydalar nominasiya mərhələsində bu cür intensiv texnoloji istifadəyə icazə verməyəcək.

Texnoloji animasiyalar da məhdudlaşdırılacaq. Mərhum aktyor Val Kilmerin süni intellekt vasitəsilə canlandırıldığı “As Deep As the Grave” filmi 2027-ci ildən etibarən nominasiyalara uyğun olmayacaq. Akademiya bu addımı ilə kinoda insan yaradıcılığı və fiziki əməyin qorunmasına önəm verdiyini göstərir.

Chosen
9
2
redaktor.az

3Sources