EN

Rusiyada gömrükçülərə PUA-ları vurmağa icazə verildi

Rusiya Prezidenti Vladimir Putin gömrük orqanlarına pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq səlahiyyəti verən qanuna imza atıb.

News365.az xəbər verir ki, bu barədə sənəd rəsmi hüquqi informasiya portalında dərc edilib. Bildirilib ki, bundan sonra gömrük işçiləri idarənin obyektlərinə hücum edildikdə və ya belə bir təhlükə olduqda dronların hərəkətinin qarşısını almaq imkanına malik olacaqlar.

Gömrük əməkdaşlarına pilotsuz cihazların məsafədən idarəetmə siqnallarını söndürməyə və ya dəyişdirməyə, idarəetmə pultlarına təsir göstərməyə, eləcə də aparatların özünü zədələməyə və sıradan çıxarmağa icazə verilir. Bu qərar bütün növ avtomatlaşdırılmış pilotsuz komplekslərə - hava, sualtı, suüstü aparatlara, o cümlədən pilotsuz nəqliyyat vasitələrinə şamil edilir.

Qərarvermə prosedurunu və buna səlahiyyəti olan vəzifəli şəxslərin siyahısını gömrük sahəsi üzrə federal icra hakimiyyəti orqanı təyin edəcək. Qanun rəsmən dərc edildikdən etibarən 30 gün sonra hüquqi qüvvəyə minir.

Chosen
31
news365.az

1Sources