EN

Mənim üçün maraqlı oyun oldu Azər Bağırov

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Kəpəz” bu gün Misli Premyer Liqasının 30-cu turunda “Sumqayıt”la üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra “sarı-göylər”in baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov maraqlı oyun olduğunu bildirib:

"Mənim üçün maraqlı oyun oldu. Görüşə yaxşı başlaya bilərdik. Amma təəssüflər olsun ki, ələ düşən imkanlardan yararlana bilmədik. Son dövlər kuryoz qollar buraxırıq.

Futbolçularımıza təşəkkür edirəm ki, toparlandılar və matçın sonlarında dönüş etdik. Azarkeşlərimizə də ayrıca təşəkkürümü bildirirəm. Bizi sonadək, hətta hesabda geri olanda belə dəstəkləyirdilər".

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
27
fanat.az

10Sources