EN

TƏCİLİ! İsrail bu ölkəni vurdu – Çox sayda ölən var

İsrail ordusu Livanın cənubundakı şəhər və kəndlərə qarşı genişmiqyaslı hava hücumlarını davam etdirir. Bombardmanlar nəticəsində bölgədə ciddi dağıntılar və insan tələfatı qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, Livan mənbələrinin məlumatına görə, Nəbatiyə rayonunun Şukin şəhərinə endirilən zərbələr nəticəsində 3 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Gün ərzində Livanın cənubuna edilən silsilə hücumlar ümumilikdə 10 nəfərin həyatına son qoyub.

Məlumata əsasən, İsrail aviasiyası eyni zamanda Zuter Aş-Şarkiyə, Kfar, Yatri və Məcdəl-Salm yaşayış məntəqələrini də intensiv atəşə tutub. Bölgədə gərginliyin artması humanitar vəziyyəti daha da ağırlaşdırır.

Sara,
NOCOMMENT.az

Chosen
58
14
nocomment.az

10Sources