EN

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Tehran həbsxanasında saxlanılan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin səhhəti ilə bağlı narahatlıqlar artır.

Ailəsi və fondunun açıqlamalarında ürək xəstəliyindən vəziyyəti pisləşən fəalın xəstəxanaya yerləşdirildiyi bildirilib.

Bildirilib ki, 53 yaşlı Məhəmmədi son günlərdə ciddi səhhət problemləri yaşayır, iki dəfə huşunu itirib və vəziyyəti ağırdır.

Ailəsi iddia edir ki, o, təxminən 140 gün ərzində “sistemli tibbi laqeydliyə” məruz qalıb və uzun müddətdir lazımi tibbi müdaxiləni almayıb.

Chosen
14
8
news365.az

9Sources