EN

Rusiya aeroportlarında yeni qaydalar tətbiq olundu

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya hava limanlarında xarici akkumulyatorların daşınması ilə bağlı yeni qaydalar tətbiq edilir. Bu qaydalara əsasən, sərnişinlərə təyyarəyə özləri ilə ikidən çox "powerbank" götürməyə icazə verilməyəcək. Nəzarətin gücləndirilməsi yenilənmiş beynəlxalq təhlükəsizlik tələbləri ilə bağlıdır.

Avtosfer.az "Baza" "Telegram" kanalına istinadən xəbər verir ki, təhlükəsizlik xidməti əməkdaşları artıq litium batareyaların faktiki tutumunu və onların müəyyən edilmiş xüsusiyyətlərə uyğunluğunu yoxlamağa borcludurlar.

Bu tip cihazların daşınmasına yalnız əl yükündə icazə verilir. Eyni zamanda, hər bir akkumulyator qısaqapanma riskindən qorunmalıdır.

Bundan əlavə, təyyarə göyərtəsində cihazları doldurmaq üçün "powerbank"lardan istifadə etmək, eləcə də akkumulyatorların özlərini şarj etmək qadağan olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
avtosfer.az

1Sources