EN

"Sabah"ı çempionluqdan bir oyun ayırır

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ikinci oyunu keçirilib.

Sportal.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutmuş oyuna "Sabah" üstün başlayıb və bu üstünlüyünü son qədər qoruyaraq, yekunda 112:84 hesablı qələbə qazanıb. Bu qələbədən sonra super seriyada ümumi hesabı 2:0 olub.

Qeyd edək ki, final seriyasının üçüncü oyunu 5 may tarixində saat 19:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026 mövsümünün çempionu olacaq.

saytlarin hazirlanmasi

Chosen
47
20
sportal.az

10Sources