EN

Talişkanın hər qaçırdığı penalti istefaya və ayrılığa səbəb olub!

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ötən həftə Türkiyə çempionatında mövsümün əsas oyununda Anderson Talişkanın qaçırdığı penalti gündəm olmaqda davam edir. Xatırladaq ki, braziliyalı futbolçu 13-cü dəqiqədə penalti zamanı topu yandan vurdu və nəticədə ''Fənərbaxça'' ''Qalatasaray''a 0:3 uduzaraq çempionluq şansını möcüzələrə buraxdı. Talişka bu mövsüm superliqada 3-cü dəfə penalti qaçırdı. Bu arada ''sambaçı''nın qaçırdığı penaltilərlə bağlı maraqlı bir tendensiya diqqət çəkir. Belə ki, onun hər dəfə penalti zamanı yaşadığı uğursuzluq klubda istefaya və ayrılığa səbəb olur! 2-ci turda ''Göztəpə'' ilə səfər oyununda (0:0) Talişka 90+5-ci dəqiqədə penaltini vura bilmədi və bu, Joze Mourinyonun istefaya göndərilməsi ilə nəticələndi. Sentyabrın 17-də 1-ci turdan təxirə salınan ''Alanyaspor''a qarşı ev oyununda (2:2) Talişka 57-ci dəqiqədə penaltini qaçırdı. Bundan 2 gün sonra keçirilən prezident seçkiləri Əli Koçun məğlubiyyəti və Sadəttin Saranın qələbəsi ilə yekunlaşdı. Və nəhayət, ötən bazar günü təcrübəli futbolçunun qeyri-dəqiqliyi əvvəlcə məğlubiyyətə, sonra da baş məşqçi Domeniko Tedeskonun istefaya göndərilməsinə səbəb oldu!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
1
icma.az

2Sources