EN

Premyer Liqada turun startı

İlk oyun günündə iki qarşılaşma keçiriləcək.

Doğru.az xəbər verir ki, günün ilk matçında Sumqayıt FK saat 16:00-da Yevlax şəhər stadionunda Kəpəz PFK ilə üz-üzə gələcək. “Kimyaçılar” 38 xalla yeddinci, Gəncə təmsilçisi isə 21 xalla onuncu pillədə qərarlaşıb.

Günün ikinci oyununda Araz-Naxçıvan PFK saat 18:30-da Sumqayıtda İmişli FK komandasını qəbul edəcək. Naxçıvan klubu 40 xalla altıncı, qonaqlar isə 29 xalla doqquzuncu sıradadır.

Turun son oyunları mayın 4-də keçiriləcək.

DOĞRU.AZ

Chosen
29
dogru.az

1Sources