EN

“Real” Karvaxalın zədəsi ilə bağlı rəsmi açıqlama yayıb

İspaniyanın “Real Madrid” klubu müdafiəçi və kapitan Daniel Karvaxalın zədələnməsi ilə bağlı məlumat yayıb.

90deqiqe.Az xəbər verir ki, Madrid təmsilçisinin rəsmi saytında yer alan açıqlamaya görə, futbolçunun vəziyyəti barədə tibbi nəticələr təqdim olunub.

“Komandanın tibbi heyəti tərəfindən aparılan müayinələrdən sonra Daniel Karvaxalın sağ ayağının beşinci barmağının distal falanqasında çat müəyyən edilib. Vəziyyətin inkişafını izləyirik”, – deyə klubun məlumatında bildirilib.

Qeyd edək ki, Karvaxal ötən il oktyabrın sonundan yanvar ayına qədər dizindən aldığı zədə səbəbindən 12 oyunu buraxmışdı. Daha əvvəl isə sentyabr–oktyabr aylarında əzələ zədəsi ilə bağlı müalicə almışdı.

Cari mövsümdə müdafiəçi bütün turnirlərdə 20 oyunda meydana çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb.

Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, onun bazar dəyəri 6 milyon avro təşkil edir.

Chosen
37
50
90deqiqe.az

10Sources