EN

Tuskdan ABŞ ın Almaniyadan hərbi qüvvələrini çıxarması qərarına münasibət: “NATO nun dağılması davam edir”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Polşa Baş naziri Donald Tusk ABŞ-ın Almaniyadan 5 min hərbçisini çıxarması qərarını “NATO-nun davam edən dağılması” ilə əlaqələndirib.

Bizimyol.info xəbər verir ki, Tusk bu barədə "X" sosial şəbəkəsində ingilis dilində yazıb.

“Transatlantik icma üçün ən böyük təhlükə onun xarici düşmənləri deyil, alyansımızın davam edən dağılmasıdır. Hamımız bu fəlakətli meyli geri çevirmək üçün əlimizdən gələni etməliyik”, - deyə o qeyd edib.

Polşa baş naziri bu bəyanatı ABŞ Müdafiə Nazirliyinin Almaniyadan 5 min hərbçisini çıxarmaq qərarına reaksiyası olaraq verib. ABŞ Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnellin sözlərinə görə, qüvvələrin çıxarılması növbəti 6–12 ay ərzində tamamlanması gözlənilir.

Hal-hazırda Almaniyada təxminən 38 min ABŞ hərbçisi yerləşdirilib ki, bu da Avropadakı ABŞ Silahlı Qüvvələrinin ən böyük kontingentidir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
52
bizimyol.info

1Sources