EN

“Barselona”da futbolçu zədədən qayıtdı

İspaniyanın “Barselona” klubu çempionat çərçivəsində səfərdə "Osasuna" ilə qarşılaşacaq.

90deqiqe.Az xəbər verir ki, oyun günü Kataloniya təmsilçisi heyətlə bağlı müsbət yenilik açıqlayıb. Bildirilib ki, braziliyalı futbolçu Rafinya zədəsini sağaldaraq meydana çıxmağa hazırdır.

Klubun açıqlamasında qeyd olunub ki, Rafinya həkimlərin icazəsini alıb və “Osasuna” ilə oyunun iştirak ərizəsinə daxil edilib.

Xatırladaq ki, futbolçu mart ayının sonunda Braziliya millisinin düşərgəsində zədə almışdı.

“Osasuna” – “Barselona” qarşılaşması Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Hazırda “Barselona” İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir və ikinci pillədə qərarlaşan Real Madrid klubunu 11 xal qabaqlayır.

Chosen
43
90deqiqe.az

1Sources