EN

Trampdan İranla bağlı ŞOK açıqlama

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə bağlı növbəti qalmaqallı bəyanatla çıxış edib. O, rəsmi Tehranla danışıqlar zamanı qarşı tərəfdə qərar qəbul edən konkret şəxs tapmaqda çətinlik çəkdiklərini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Tramp İran rəhbərliyindəki qeyri-müəyyənliyi bu sözlərlə tənqid edib: “Biz kiminlə iş gördüyümüzü lənətə gəlmiş olsun ki, bilmirik. Zəng edirlər ki, mən filan Məhəmmədəm. Soruşuram ki, sən lidersən? Biz lideri axtarırıq… biz lideri axtarırıq”.

Prezident çıxışının davamında İranın hazırkı idarəçilik sisteminə toxunaraq, “Bura dünyada yeganə ölkədir ki, orada heç kim lider olmaq istəmir” deyə əlavə edib. Trampın bu sözləri İranın daxili siyasi qruplaşmaları arasındakı pərakəndəliyə və məsuliyyətdən yayınma hallarına işarə kimi qiymətləndirilir.

Aliyə

Chosen
43
nocomment.az

1Sources