EN

Rusiyanın Sakit okeandan neft ixracı artıb

BAKI, 2 may. TELEQRAF

Apreldə Rusiyanın Sakit okean sahilindəki liman və terminallardan neft ixracı bərpa olunub.

Teleqraf xəbər verir ki bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İranın Hörmüz boğazını bağlamasından sonra Hindistan neft emalı zavodları Yaxın Şərq tədarükünə alternativ axtardıqları üçün Rusiyada 2023-cü ilin aprelindən bəri ən böyük həcmdə neft alışı reallaşdırıblar.

Rusiyanın Kozmino və De-Kastri, eləcə də Saxalin adasındakı Prigorodnoye limanlarından ümumilikdə gündəlik orta hesabla 1,31 milyon barel neft yüklənib. Müqayisə üçün qeyd edək ki, bu rəqəm martda gündəlik 1,27 milyon barel təşkil edib.

Rusiyanın Sakit Okean limanlarında tankerlərə yüklənən neft əsasən Çinə göndərilir. Apreldə bu istiqamətə ixrac orta hesabla gündəlik 801.000 barel təşkil edib. Lakin son təyinat yerləri hələ müəyyən edilməmiş gəmilərdə gündəlik 167.000 barel neft var. Bu da rəqəmin daha da artması ehtimalını yüksəldir.

Chosen
50
50
teleqraf.com

10Sources