EN

Bir sinif, onlarla uğur 13 nəfər 280 dən çox bal topladı Video

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 11A sinfi buraxılış imtahanları və olimpiada nəticələri ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan universitetləri” səhifəsi paylaşım edib. 

Məlumata görə, sinifdə təhsil alan 20 şagirddən 13-ü 280-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. Sinfin ən yüksək göstəricisi isə 300 bal toplayan Samir Tağızadəyə məxsusdur.

Şagirdlərin beynəlxalq və respublika səviyyəli uğurları da diqqətəlayiqdir. Belə ki, Nərmin Əşrəfova və Səfurə Əsədzadə “Sabahın alimləri” müsabiqəsində bürünc medal qazanıblar. Amin Tahirzadə biologiya üzrə olimpiadada gümüş medala layiq görülüb.

İlham Əliyev biologiya fənni üzrə müxtəlif olimpiadalarda 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib. Hüseyn Tağızadə isə eyni fənn üzrə 1 gümüş və 1 bürünc medal qazanıb. Hər iki şagird II Beynəlxalq Avicenna Biologiya Olimpiadasında da mükafatçılar sırasında yer alıb. Onlar gümüş və bürünc medal qazanıblar.

Riyaziyyat sahəsində isə Davud Tarverdili xüsusilə fərqlənib. O, Respublika Fənn Olimpiadalarında 4 dəfə qızıl medal qazanıb. Bundan əlavə, 42-ci Balkan Riyaziyyat Olimpiadasında bürünc, Yeniyetmələrin Balkan Olimpiadasında gümüş, Jautikov Olimpiadasında bürünc medal əldə edib. Davud Tarverdili həmçinin Əl-Xarəzmi Olimpiadasında 2023-cü ildə bürünc, 2024-cü ildə isə qızıl medal qazanıb.

Onların görüntülərini təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
68
3
qafqazinfo.az

4Sources